Azərbaycanın muğam və cazı alman kinematoqrafçılarının gözü ilə
13.11.2012

Alman kinematoqrafçılarının “Salnamə” studiyası ilə birgə çəkdikləri “Sarı gəlin. Azərbaycanda muğam-caz” sənədli filminin təqdimatı keçiriləcək.

40 dəqiqəlik filmin təqdimatı Nizami Kino Mərkəzində baş tutacaq.

Tək caz pərəstişkarlarının deyil, ümumiyyətlə kino və musiqisevərlərin böyük marağına səbəb olacaq filmi tamaşaçılara rejissor Klaus Bernhardt və onun həmkarları təqdim edəcəklər.

Qeyd edək ki, filmdə milli musiqimizə, onun mahir ifaçılarına və ümumilikdə mədəniyyətimizə avropalıların baxışı öz əksini tapıb.


Gün.Az