“Samsung” qatlanan smartfonu təqdim etdi
3.8.2017

“Samsung” şirkəti qatlanan “SM-G9298” smartfonunu təqdim edib.

Təqdimat Çində keçirilib.

Smartfon 4 düym S-AMOLED displey və “Snapdragon 821” prosessoru ilə təchiz edilib, 4 Gb operativ yaddaş və 64 Gb daxili yaddaşa malikdir. Əsas kamera 12 meqapiksel, ön kamera 5 meqapikseldir. 4K formatında video çəkmək imkanı var. Akkumulyatorun həcmi 2300 mAs-dır və simsiz şarj funksiyası dəstəklənir.

Smartfonun əsasən Çin daxilində satışı nəzərdə tutulub.

lent.az