İtaliyanın Ariano İrpino şəhərində Beşinci Ariano Beynəlxalq Film Festivalı (Ariano İnternational Film Festival) çərçivəsində Azərbaycanla bağlı tədbir keçirilib.
Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.
Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Elmar Bağırov və İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Manuela Traldi çıxış edərək Azərbaycan-İtaliya əməkdaşlığı, o cümlədən mədəniyyət sektorunda mövcud olan yaxın əlaqələr, ölkəmizin zəngin mədəni irsi, kino ənənələri, iqtisadi və turizm potensialı barədə məlumat veriblər.
Tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən videomateriallar göstərilib.
Tədbirin sonunda “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Nabat” bədii filmi nümayiş etdirilib.
report.az