Sabah Günəş tutulması olacaq
13.11.2012

Sabah günəş tutulması baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru Əyyub Quliyevin verdiyi məlumata görə, Günəş tutulması noyabrın 14-də Bakı vaxtı ilə saat 23.39-da baş verəcək və saat 04.44-ə qədər davam edəcək. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən müşahidə edilməyəcək.

Bu ayın 28-də qismən Ay tutulması da baş verəcək. Saat 16.18-də başlayacaq ay tutulması saat 20.51-də başa çatacaq. Ay tutulması Azərbaycan ərazisindən qismən müşahidə olunacaq.

Qeyd edək ki, bu il ilk qismən Ay tutulması iyun ayının 4-də, ilk Günəş tutulması isə mayın 21-də olub.

APA