“Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma zamanı "səpələnməmişlər səbəti"ndə yer alan Ağdam təmsilçisinə 5 potensial rəqib arasından Danimarka çempionu “Kopenhagen” klubu düşüb.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək.
report.az