Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 269 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xəzər Babazadə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarışda I yerə layiq görülüb.
İdarədən verilən məlumata görə, X.Babazadə İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 8,5 xal toplayıb.
Turnirdə Bakı şəhərindəki 6 nömrəli məktəb-liseyin VII sinif şagirdi Toğrul Əliyev 7,5 xalla II, Naxçıvan məktəblisi Seyid Hüseyn 7 xalla III yeri tutub.
Yarışın sonunda X.Babazadəyə kubok və medal, digər 2 şahmatçıya medal təqdim olunub.
Turnirdə Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 3 qrup üzrə 8-12 yaş arasında 74 şahmatçı iştirak edib.
trend