84 həkim işə müsabiqə ilə qəbul olundu
4.8.2017

Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı keçirdiyi son müsabiqənin nəticəılərini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, müsabiqə iyulun 24-25-də keçirilib. Müsabiqənin nəticılərinə əsasən, 84 nəfər həkim işə qəbul edilib.

Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, nazirliyin tabeliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

trend