Qoç - İşdəki problemləri xoşluqla yoluna qoymaq çətin olacaq. "Hərbi əməliyyatlara" hələ hazır deyilsiniz. Odur ki, işə köklənməyə heç çalışmayın. Yaradıcı potensialınız yüksəkdir. Keçmiş ürəyinizi göynədir. Əvvəlki tərəf-müqabilinizdəki sezdiyiniz səhvləri yeni sevgilinizdə tapmanız sizi xeyli kədərləndirəcək.
Buğa - Karyerada yüksəliş həvəsində olan Buğaların bəxti gətirib. Nüfuzlu adamlar sizin işinizi izləyərək peşəkarlığınızdan razı qalırlar. İstənilən görüş üçün əla gündür. Ciddi məsələlərə etinasızlıq göstərməsəniz, şəxsi işlərinizdə də hər şey qaydasında olacaq. Təkcə intuisiyanıza yox, məntiqinizin də səsinə qulaq asın.
Əkizlər - Xeyli xırda xoş hadisələr gözləyin. Sizin nikbinliyiniz ətrafdakıların diqqətini çəkir. Hər hansı peşə məsələləri barədə sizinlə məsləhətləşmək istəyəcəklər. Ətrafınızdakılara qarşı tələbkarsınız, odur ki, istənilən tələnin üstünü tez açacaqsınız. Axşam ziyafətə dəvət alsanız, mütləq gedin.
Xərçəng - Mövqeyinizi bərkitmək üçün yaxşı gündür. Əvvəlki yarımçıq işlərinizi yoluna qoya bilərsiniz. Çox enerjilisiniz. Sizinlə söhbət hər kəsin ürəyincə olacaq. Yeni dostlar tapacaqsınız. Amma insanlara qarşı marağınız tez sönür. Bu, nüfuzunuzu zəiflədə bilər.
Şir - Sizin uğurunuzun sirri başqalarından kömək gözləmədən fəaliyyət göstərməyinizdir. Maraqlı və uğurlu biznes ideyalarınız olacaq. Öz nöqteyi-nəzərinizi açıq və aydın ortaya qoymaq bacarığınız çox yerinə düşəcək, bir çox şəxsi məsələlərinizi həll edəcəksiniz. Xoşunuza gələn adama ürəyinizi açmaqdan qorxmayın.
Qız - Heç nədən çəkinməyin. Bu günün sınaqları sadəcə olaraq qərarlılığınızı və cəsarətinizi yoxlamaq üçündür. İnadcıl olun. Eksperimentlər aparmaq, plan qurmaq olar. Tənbəl Qızlar, əlbəttə ki, çox şeyə nail ola bilməyəcəklər, amma vaxtlarını da pis keçirməyəcəklər. Şəxsi həyatınızda sizi sürpriz gözləyir.
Tərəzi - Günün birinci yarısını müdrik düşüncələrə həsr edəcəksiniz. Demək olmaz ki, bu, cansıxıcıdır, amma nəticəsiz olduğu açıq-aydındır. Günün ortasında özünüzə gələcək, işə başlayacaqsınız. Şəxsi həyatda "Veni. Vidi. Vici" prinsipi sizə uğur gətirəcək. Üstəlik, təslim olmaq istəyənlər özləri ayağınıza gələcəklər.
Əqrəb - İşləri bölün, baş verənlərin bütün məsuliyyətinin altına da girməyin. Yəqin ki, sizi hər şeydə günahlandırmaq istəyən adamlar çox olacaq. İntuisiyanıza güvənin. Axmaq, düşünülməmiş kimi görünən bir hərəkət sizin həyatınızı qurtara bilər.
Oxatan - Hərəkətləriniz məntiqə sığmır, amma bu, uğur qazanmağınıza mane olmur. Sizə vacib olan hər bir işdə bəxtiniz gətirəcək. Şəraitdən istifadə edin. Puldan, daşınmaz əmlakdan söhbət gedirsə, siz ən doğru variantı seçirsiniz. Başqalarının emosiyalarını da gözəl anlayırsınız.
Oğlaq - Bu gün bütün işlərinizi yalnız özünüz görün. Sizdən istifadə etmək istəyənlər çoxdur, yaxın qoymayın. Onlara tapşırıqlar verib özünüzdən kənarlaşdırın. Sevgi məsələlərində bir az qorxaqsınız. Amma bu, qarşı tərəfin sizin istəklərinizi nəzərə alaraq onları yerinə yetirməsinə heç də mane olmur.
Dolça - Bu gün sizi sevindirəcək. Darıxmayacaqsınız. Müxtəlif layihələriniz uğur gətirəcək. Mürəkkəb işlərdən qorxmursunuz. Maliyyə işlərində də uğurlusunuz. Yaxın adamlarınız sizə sürpriz hazırlayırlar. Şəxsi həyatınızda hər şey əladır.
Balıqlar - Möhtəşəm gündür. Əylənin, sevinin. İstənilən məsələni asanlıqla həll edəcəksiniz. Məlahətiniz ən buzlu qəlbləri belə, əridir. Çoxlu arzu tutmağa və onları yerinə yetirməyə tələsin. Yaxınlarınızın kefini qaldırmağı da unutmayın. Hətta paxıllığınızı çəkənlər belə, bu gün sizin uğurlarınıza sevinəcəklər.