Noyabrın 29-da Moskva şəhərində “Crocus City Hall”da tanınmış rusiyalı repçi Timatinin konserti olacaq.
“#Давайдосвидания” adlı konsert proqramı repçinin yaradıcılığının 10 illiyinə həsr olunub.
Həmin gün tamaşaçılara 2 saatlıq konsert proqramı təqdim olunacaq. Proqrama Timatinin köhnə ifaları ilə yanaşı, yeni trekləri də daxil edilib.
Konsertə dəstək məqsədilə, ifaçının bu adda geyim kolleksiyası da təqdim edilib. Az sayda olan “Black Star by Тимати – “#Давайдосвидания” adlı kolleksiyanın artıq onlayn satışına başlanıb.
Xatırladaq ki, Rusiyada “Давай, до свидания” ifadəsi məhz azərbaycanlı meyxanaçılar İntiqam və Ehtiram Rüstəmov qardaşlarının oxuduqları eyniadlı meyxanadan sonra populyarlaşıb.
Video
gun.aZ