Naxçıvanın ixtisas təhsili müəssisələrində nə qədər insanın peşəyə yiyələndiyi açıqlanıb
8.8.2017

Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 1302 yeni iş yeri yaradılıb. Bunun da 1273-ü və ya 97,8 faizi daimi iş yerləridir.
Əmək bazarının tələblərinə uyğun olaraq cari ilin ötən dövründə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, xalçaçı, elektrik montyoru, qaz avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, bərbər, aşpaz köməkçisi və dayə peşələri olmaqla, ümumilikdə 231 nəfər peşə kurslarına cəlb edilib. Bundan əlavə, muxtar respublikanın Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində cari ilin ötən dövrü ərzində 1646 nəfər müxtəlif peşələrə yiyələnib.


report.az