Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan “ƏSA” teatrı Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsərini səhnələşdirəcək.
Teatrdan verilən məlumata görə, tamaşa teatrın birillik fəaliyyətində üçüncü olacaq və sentyabrın sonlarında səhnəyə qoyulacaq. Səhnə əsərində altısı fiziki məhdudiyyətli olmaqla səkkiz aktyor iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru, teatrın bədii rəhbəri Nihad Qulamzadədir.
Qeyd edək ki, “ƏSA” teatrının bundan əvvəl hazırladığı iki tamaşa çoxlu sayda tamaşaçı sevgisi qazanıb.
azertag.az