Orta ixtisas təhsili müəssisələrinə 9 min 3 nəfər qəbul olunub
8.8.2017

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə 9 min 3 nəfər müvəffəqiyyət qazanıb. Qəbul planı isə 10 min 467 yer olub. Beləliklə, orta ixtisas təhsili müəssisələrinə qəbulolma 86,01 faiz təşkil edib.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olanlardan 4 min 115-i ödənişsiz, 4 min 239-u ödənişli əsaslarla, 649-u isə özəl kolleclərdə təhsil alacaq. Müsabiqədə müvəffəqiyyət qazananlardan 8 min 653-ü Azərbaycan, 350-si rus bölmələrinin payına düşür.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 9-dan 21-dək müvafiq təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.


azertag.az