Qoç - səhər saatlarında gərginlik, tələskənlik və işlərin çoxalması mümkündür. Sükan arxasında olarkən əvvəlki günlərlə müqayisədə daha diqqətli olun.
Günün ikinci yarısında təxəyyül və fantaziyanızı işə salın. Təmkinli, səbirli davranın.
Yeni və çətin işin öhdəsindən gəlmək üçün dəqiq fəaliyyət planı hazırlayın, diqqətinizi ikinci dərəcəli işlərə ayırmayın.
Yaşlı və təcrübəli insanların məsləhətlərini dinləyin.
Narahatlıq və nigaranlığınızı olduğundan artıq dəyərləndirməyin.
Təşvişə düşməyin.
Buğa - bu gün diplomatik davranışı seçin, izafi sərtlik və kobudluq nümayiş edirməyin. Günorta saatlarından etibarən problemlərin sıralandığını hiss edəcəksiniz. Ruhdan düşməyin və çətinlikləri sürətlə yox, aramla, düşünülmüş şəkildə həll etmək yolunu seçin.
Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşma yolunu seçin və sizə müraciət edən insanın problemini anlamağa cəhd göstərin.
Axşam saatlarına yaxın bir qədər də aktiv olun.
Yaşca sizdən böyük tərəfdaşınızla daha aktiv çalışın, ona etibar etməkdən çəkinməyin.
Əlavə, yersiz suallar verməsəniz, ikiliniz daha uğurlu, yaxşı alına bilər.
Başqalarının fikirlərini intuitiv anlamağa cəhd göstərin.
Əkizlər - səhər saatlarında hadisələr intensiv inkişaf edəcək. Buna görə də hadisələrin məcrasından çıxmasına imkan verməyin. Günün ikinci yarısında vəziyyətin dəyişməyə başladığını hiss edəcəksiniz.
Yaxın ətrafınıza təsiri artırmağa çalışmayın.
Günün ikinci yarısında rutin işlərlə məşğul olun, gündəlik qayğılara qapılın.
Bəzi işlər sizə usandırıcı gəlsə də, onları yerinə yetirin.
Səhhətinizdə kiçik problemlər yaranarsa, mütləq həkim məsləhətini icra edin.
Axşam saatlarına yaxın yaşam tempini azaldın.
Xərçəng - ailənizdə stabillik və normal mühit sizin üçün dəyərlidirsə, məişət qayğılarının həllini axşama saxlamayın. Günün ikinci yarısında yeni planlarınız olacaq.
İşdə sizdən yeni layihə ilə bağlı maksimum çalışmaq, diqqəti daha da artırmaq, zəhmət tələb oluna bilər.
Tələbəsinizsə, ali təhsil müəssisəsindən gözlənilməz tapşırıq ala bilərsiniz.
Ailə üzvlərinizlə münasibətlərdə qaba olmayın.
Şəxsi həyatdakı təmaslar və əlaqələrdə daha ciddi davranmağa hazır olun.
Yaradıcılıqla məşğulsunuzsa, ilkin nəticələri nəzərdən keçirin.
Şir - artıq səhər saatlarında anlayacaqsınız ki, şərait dəyişib, şərtlər sərtləşib. İşlərinizin uğurlu olması üçün əvvəlki təki davranmaq kifayət deyil.
Ünsiyyətdə olduğunuz insanları bir daha nəzərdən keçirin. Onların neçəsinə etibar edirsiniz?
Günün ikinci yarısı sizi işlərə və çalışdığınız şəraitə yenidən, daha diqqətlə baxmağa vadar edəcək.
Səhhətinizdə problemlər yarana bilər. Ailə üzvlərinin qayğıları ilə məşğul olun, işdə peşəkarlıq göstərin.
Alış-veriş üçün əlverişli gün deyil.
Qız - günün ilk yarısında bəxtinizi sınağa çəkərək həyatınızda xaos yaratmağa çalışmayın. Gözünüzün qarşısına işıqforun qırmızı işığını gətirin. O işıq sizi bir çox işlərdən və niyyətlərdən saxlamalıdır.
Bütün münasibət, təmaslar və əlaqələrinizi ciddi reqlamentə tabe etdirin. Yaxşı tanımadığınız insanlarla səmimi olmayın, onlara sirr verməyin.
Daha uzunmüddətli strategiya seçin.
Fırıldaq və yalanın olduğunu hiss etdiyiniz sənədi imzalamaqda tərəddüd etməyin, belə sənədi rədd edin.
Tərəzi - səhər saatlarında fəal olun. Fiziki işlə bahəm, intellektual işlə də məşğul olun. Gün ərzində xırda problemlərə və kiçik müşküllərə fikir verməyin. Problemləri sistemli şəkildə həll etməyə can atın.
Günün ikinci yarısında qənaətcil olmasanız, istirahət və əyləncə fikrinə düşsəniz, problemlər yaranacaq.
Əmlak və maliyyə ilə bağlı məsələləri ciddi götür-qoy edin.
Maliyə məsələləri, ev, əmlakla bağlı məqamların müzakirəsi üçün əlverişli gündür.
İstifadədə olmuş əşya almayın.
Əqrəb - səhər saatlarında enerjili və qətiyyətli olun. Təşəbbüskar olun, rəqiblərinizdən irəlidə olmağa can atın. Sirlərinizi başqalarına verməyin, nə edəcəyinizi başqaları ilə bölüşməyin.
Günün ikinci yarısında sakit, təmkinli olun.
Yaxın ətrafınızdakı insanlar sizi adamayovuşmaz, qaraqabaq saysalar da, eyb etməz. Əsas məsələ məqsədə çatmaqdır.
Peşəkar, sadə, məsuliyyətli olun. Axşam saatlarında istirahət edin.
Sosial şəbəkələrdə vaxt keçirmək üçün əlverişli gün deyil.
Oxatan - səhər saatlarında özünüzə əmin olsanız da, saatlar keçdikcə özünüzə əminliyiniz azalacaq. Çoxdan bəri sizi narahat edən xoflar və qorxular üzə çıxacaq.
Bu zaman qonaq dəvət etməyin, mühüm görüşlər keçirməyin. Yaxşı formada olmayacağınızı bilin.
Hiss və həyacanlarınızı gizlədin, emosiyalarınızı ört-basdır edin.
Əlavə problemlər yaşamamaq üçün çox ehtiyatlı davranın, dediyiniz sözləri düşünəndən sonra söyləyin.
Ənənəvi həyat tərzinizi dəyişməyin. Özünüzü sığortalamağa can atın.
Oğlaq - səhər saatlarından etibarən günün gərgin olacağını hiss edəcəksiniz. Məqsədinizə çatmaq asan olmayacaq.
Günorta saatlarında həyatın əvvəlki məcrasına dönməsini arzulayacaqsınız.
Narahat olmayın, bədbinliyə qapılmayın - hər şey yoluna düşəcək.
Günün ikinci yarısında problemlərin tam əksəriyyəti həll olunacaq, həyatın əvvəlki axarı bərpa ediləcək.
Axşam saatlarında rutin işlər sizə həzz verməyə başlayacaq. Həyatınızının ənənəvi gedişatı sizə qarşınıza qoyduğunuz məqsədə addım-addım irəliləməyə imkan verəcək.
Dolça - səhər saatlarında işləriniz rəvan olacaq, amma gedişata aldanmayın. İrəlidə bütöv gün var və yaşanan hadisələrin heç də hamısı sizin üçün xoş olmayacaq.
Həyat tərzi, adət etdiyiniz şərait və ya iş ritiminin dəyişdirilməsi çox ağrılı ola bilər. Hadisələri tələsdirməyin, işdə mübahisə etməyin, valideynlərlə fikir ayrılığı yaratmayın.
Çətin sandığınız işlərdən imtina etməyin, çünki ciddi problemlər yarana bilər.
Axşam saatlarında yeni problemləri həll etməyə çalışmayın. Səhvlərinizi təhlil edin, sistemləşdirin, əldən buraxdığınız şansları dəyərləndirin.
Balıqlar - ciddi qərarları günün ilk yarısında yox, ikinci yarısında qəbul edin. Səhər saatlarında sizə xas olmayan addım ataraq gözləntilərinizi puç edə bilərsiniz.
Axşam saatları dünyagörüşünüzdə bəzi dəyişikliklər etməyə, mövqelərinizdə islahatlar aparmaq üçün əlverişlidir.
Təmaslarınızda, söhbətlərinizdə, ünsiyyətlərdə diqqətli olun.
Ayıq, sayıq, praqmaq və bir qədər sinik olun.
Romantikaya qapılmayın.
Lakin arzulardan da qorxmayın. Yeni planlar qurun: o planların bəziləri mütləq gerçəkləşəcək.
Milli.Az