Azərbaycanda böyük nominallı əsginazlar buraxılacaq
14.11.2012

Azərbaycanda yeni böyük nominallı əsginazlar buraxılacaq. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

"Gələcəkdə 200 və 500 manat məbləğində əsginazların buraxılması planlaşdırılır", - Quliyev qeyd edib.

Onun sözlərinə görə, bu hələ planlaşdırılır və mövcud məsələ üzrə konkret qərar yoxdur, lakin bu məsələyə baxılacaq.

Trend