Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilmişdir. Bu barədə qərar Şimali Kiprin Lefkoşa şəhərində keçirilmiş Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin (TDƏDK) dördüncü konfransında qəbul olunmuşdur. Adıçəkilən mükafat ötən il təsis edilmişdir. Bu mötəbər mükafata Anarın namizədliyini Türkiyə tərəfi irəli sürmüşdür.
Mükafat TDƏDK-in gələn il Astanada keçiriləcək beşinci konfransında sahibinə təqdim olunacaqdır.