Paytaxtımıza gələn çoxsaylı turistlərin gəzməli-görməli məkan seçimi zəngindir. Bu baxımdan istər Bakı sakinlərinin, istərsə də hamının çox sevdiyi yerlərdən biri Bakı Zooparkıdır.
Bakı Heyvanat Parkının direktoru Azər Hüseynov parka gələn turistlərin sayında nəzərəçarpacaq artım olduğunu deyib. O qeyd edib ki, Bakıda zooparka gələn turistlərin, xüsusilə ərəb ölkələrindən gələn turistlərin sayı xeyli artıb: “Onlar qrup şəklində, ailəvi zooparkımıza gəlirlər və böyük maraq göstərirlər”.
Qeyd edək ki, hazırda zooparkda 1200-dən çox quş və heyvan saxlanılır. Bakıda zooparkın yaradılması ötən əsrin 20-ci illərinə təsaduf edir. İndiki zoopark isə 1984-cu ildə istifadəyə verilib və ərazisi 2001-ci ildən sonra genişləndirilib.
Trend