Sevda Yahyayeva Qara dəniz sahillərində - Klip
14.11.2012

Gənc və populyar müğənni Sevda Yahyayeva yeni klipini təqdim edib.

Sözləri Pərviz Mahmudova, musiqisi Aygün İsmayılovaya aid olan “Sən” adlı mahnıya gürcü rejissoru Zaza Oraşvili ekran həyatı verib.

Gürcüstanda lentə alınan klip özünün fərqliliyi və yüksək səviyyədə olması ilə diqqəti çəkib. Çəkilişlər Batumidə, Qara dənizin sahillərində, həmçinin Azərbaycan və gürcü xalqlarının dostluq rəmzinə çevrilən “Əli və Nino” əsərinin qəhrəmanlarının şərəfinə ucaldılan abidə ətrafında da aparılıb.

Qeyd edək ki, bu, S.Yahyayevanın “O zaman” klipini də məhz Z.Oraşvili ərsəyə gətirib.

YouTube kanalında və yerli telekanallarda rotasiyaya buraxılan klipi GoMap.Az oxucularına təqdim edirik.

Klip

gun.az