Vatikanda Azərbaycana həsr olunmuş sərgi açılıb
15.11.2012

Vatikanda Azərbaycan incəsənətinə həsr olunmuş rəsm sərgisinin açılışı olub.

Sərgidə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, həmçinin Mədəniyyət üzrə Papa Şurasının sədri kardinal Canfranko Ravazi iştirak edib.

Xatırladaq ki, Heydər Əliyev Fondu bu ilin əvvəlində Romada ilkin xristianlıq dövrünə dair Mertsellina və Pyotr katakombalarının bərpasını maliyyələşdirib. Bundan başqa kardinal Canfranko Ravazi ötən il Bakıya səfər edib, o zaman Azərbaycan katolik kilsəsinin öz ərazisindəki qanuni hüquqlarını tanıyıb.

APA