Tezliklə! Smart Owl-Uşaqların erkən inkişafı mərkəzi məktəbəqədər (3+) və məktəb yaşlı uşaqlar üçün tam fərqli və innovativ STEAM proqramı ilə fəaliyyətə başlayır.
STEAM nədir? S-science/elm, T-technology/texnologiyalar, E-engineering/mühəndislik, A-art/incəsənət, M-mathematics/riyaziyyat.
Müasir dünyada bu sahələrə tələbat sürətlə artır. Məhz bu səbəbdən STEAM, dünyada əsas təhsil trendi kimi inkişaf etməkdədir. Burada təhsil bütün bu beş sahənin vahid bir tədris sxeminə interqrasiyasına əsaslanır.
STEAM bizim uşaqlarımızı – gələcəyin ixtiraçılarını, yenilikçilərini və liderlərini alim kimi tədqiqat aparmağa, texnoloq kimi modelləşdirməyə, mühəndis kimi konstruksiyalaşdırmağa, sənətkar kimi yaratmağa, riyaziyyatçı kimi analitik düşünməyə və uşaq kimi əylənməyə ilhamlandırır.
Biz, bir qrup yaradıcı insan, mühəndis, müəllim, riyaziyyatçı, sizin uşaqlarınız üçün bilgi və yaradıcılığın, müasir texnologiyaların, elmi eksperimentlərin və ixtiraların möcüzəli dünyasını kəşf edəcəyik.
Tezliklə bizim mərkəzin qapıları gələcəyin qurucuları olan uşaqların üzünə açılacaq!
Uşağınızı gələcəkdə dəqiq elmlər sahəsinin mütəxəssisi, ixtiraçı, proqramçı, robot mühəndisi və başqa müasir peşələrdə görmək istəyirsinizmi? O zaman, SMART OWL – uşaqların erkən inkişafı mərkəzini seçin. Hər şeyin bünövrəsi uşaqlıqdan qoyulur.
Gələcəyin alim və ixtiraçılarını, müasir dünya tələbləri ilə ayaqlaşa bilən mütəxəssislər yetişdirmək sizin arzunuz, bizimsə missiyamızdır!
SMART OWL-uşaqların erkən inkişafı mərkəzində 3-4 yaş; 4-5 yaş; 5-6 yaş + məktəbə hazırlıq qruplarına qəbula artıq start verilib.
Hər bir uşağa fərdi yanaşmanı təmin etmək üçün qrupların həcmi kiçik nəzərdə tutulub. 8-10 nəfərlik hər qrupda uşaqlar, gündəlik olaraq 4 saat STEAM proqramına əsasən dərslər alacaqlar.
trend