Serbiyada dünyanın ən bahalı eşşək pendiri satılır. Belə ki, Zasaviça
qoruğunda istehsal olunan pendir eşşək südündən hazırlanır və kiloqramı
800 avroya satılır.
1 kq pendir alınması üçünsə 25 litr təmiz eşşək südü
lazım olur. Ağ pendir dadına görə ispanların mançeqo pendirinə
bənzəyir, amma ondan daha dadlıdır. Qoruq həm də eşşək südlərini də
ayrıca satır.
Deyilənə görə, bu süd Kleopatranın gözəllik sirridir.
Əfsanələrə görə, Misir şahzadəsi hər gün eşşək südündə çimirmiş.
Big.az