Serbiyada dünyanın ən bahalı pendiri satılır
15.11.2012

Serbiyada dünyanın ən bahalı eşşək pendiri satılır. Belə ki, Zasaviça qoruğunda istehsal olunan pendir eşşək südündən hazırlanır və kiloqramı 800 avroya satılır.

1 kq pendir alınması üçünsə 25 litr təmiz eşşək südü lazım olur. Ağ pendir dadına görə ispanların mançeqo pendirinə bənzəyir, amma ondan daha dadlıdır. Qoruq həm də eşşək südlərini də ayrıca satır.

Deyilənə görə, bu süd Kleopatranın gözəllik sirridir. Əfsanələrə görə, Misir şahzadəsi hər gün eşşək südündə çimirmiş.

Big.az