Bakıdan hava limanına yeni yol çəkilir - VİDEO
15.11.2012

Qələbə meydanı - Heydər Əliyev hava limanı yolunun layihəsi hazırlanıb. Bu barədə "Akkord" şirkətindən bildiriblər.

Layihəyə əsasən, yolun uzunluğu 7,3 kilometrdir. 6-zolaqlı, ikitərəfli yol Heydər Əliyev prospektinə paralel olacaq. Yol öz başlanğıcını Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsindən götürəcək, Böyükşor yol qovşağına qədər davam edəcək.

Layihəyə əsasən, ümumi uzunluğu 3000 metr olan 5 ədəd körpü, ümumi uzunluğu 1200 metr olan 5 ədəd tunel inşa olunacaq. Həmin yol Heydər Əliyev hava limanına gedən magistralla birləşəcək.

Tikintinin başlama vaxtı hələ bəlli deyil.

Milli.Az