Futbol üzrə 2017/2018 mövsümünün startı ərəfəsində AFFA Klublar Komitəsinin iclası başlayıb.
Federasiyanın inzibati binasında təşkil olunan tədbirin gündəliyinə aşağdakı məsələlər daxil edilib:
1. U-19 Liqasında çıxış edən komandaların heyətində 8 nəfər 2000-ci və daha sonra 3 nəfər 1999-cu il və daha sonra təvəllüdlü futbolçunun çıxış etməsi barədə;
2. Stadionları təmirdə olan klubların ev oyunlarını keçirəcəkləri stadionlarla bağlı müzakirə;
3. Xarici ölkədə doğulan, xarici ölkənin vətəndaşı olan, etnik baxımdan Azərbaycana hər hansı bağlılığı olan (FİFA qaydalarına müvafiq) futbolçuların klublarımızda qeyr-legioner statusu ilə çıxış etməsi;
4. Premyer Liqa və ölkə kuboku uğrunda yarışın oyun protokoluna 23 futbolçunun daxil edilməsi ilə barədə PFL-in qəbul etdiyi qərara münasibət;
“Sumqayıt"ın prezidenti Kamran Quliyevin sədrlik etdiyi toplantıya "İnter" istisna olmaqla, Azərbaycan Premyer Liqasının digər 7 klubunun nümayəndəkəri - Fariz Nəcəfov ("Qəbələ"), Ramin Həsənov (Səbail), Orxan Hüseynzadə ("Neftçi"), Samir Quliyev ("Kəpəz"), Asif Əsgərov ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") qatılıb.
Qeyd edək ki, yeni mövsümə bu gün Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” matçı ilə start veriləcək.
report.az