London küçələrinin birində payız xalçası (Foto)
17.10.2011

Bu qeyri-adi və heyrətamiz yol Londonda yerləşir. İlk baxışda insana elə gəlir ki, bu gözəlliyin üzərində hər hansı bir rəssam işləyib. Lakin, bu belə deyil. Bu mənzərə keçən həftə Londonda hal-hazırkı fəsilə xarakterik olmayan yüksək temperatur nəticəsində yaranıb. Qeyri-adi mənzərəni lentə alan fotoqraf bu möcüzəni “Maşınlar və nəqliyyat vasitələri ilə hörülmüş xalça” adlandırıb.