Ağcabədi rayonunda rayon xəstəxanası tikilir. Bu barədə rayon icra hakimiyyətindən bildiriblər.
205 çarpayılıq bu tibb müəssisəsi müasir standartlara cavab verəcək şəkildə inşa edilir. Xəstəxana 5 korpusdan ibarət olacaq.
Binanın tikintisinə 2011-ci ildə başlanılıb. İnşaat işlərinin gələn il başa çatdırılması planlaşdırılır.
Milli.Az