“Mastercard” və “MyDutyFree” Heydər Əliyev Beynəlxalq Aeroportunda birgə kampaniyaya start verib
11.8.2017

Qlobal ödəniş texnologiyaları şirkəti "Mastercard" və "Duty Free"dən əvvəlcədən sifariş üçün qlobal tətbiq olan "MyDutyFree" Heydər Əliyev Beynəlxalq Aeroportunda birgə yeni kampaniyaya start verib.

Şirkətdən bildiriblər ki, bütün "Mastercard"/"Maestro" debet və kredit kart sahibləri "MyDutyFree" saytından əvvəlcədən sifariş etməklə 15 faiz endirim əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün "Mastercard"/"Maestro" debet və kredit kart sahibləri "MyDutyFree" saytı (www.mydutyfree.net) və ya "App Store"/"Play Store"dan yüklənən tətbiq vasitəsilə məhsulları öncədən sifariş etməli və endirimin aktivləşdirilməsi üçün müvafiq xanada "MastercardBaku" promo kodunu qeyd etməlidirlər. Sifarişi qeyd olunmuş kart sahibləri uçuş tarixində Heydər Əliyev Beynəlxalq Aeroportu, 1-ci Terminalda yerləşən xüsusi "MyDutyFree" kassalarında istənilən növ "Mastercard"/"Maestro" kartı ilə ödənişi həyata keçirməklə sifariş verdikləri məhsulları əldə edə bilərlər.

Qeyd edək ki, sifariş olunmuş məhsulların tam dəyəri kassada "Mastercard"/"Maestro" kartları ilə ödənilməlidir. Kampaniya dekabrın 31-dək etibarlıdır. "MyDutyFree" aeroportun uçuş zonasında rüsumsuz alış-verişin endirimli qiymətlərlə həyata keçirilməsi üçün əvvəlcədən sifariş xidmətidir. Hazırda xidmət Azərbaycan, Rusiya, Ukrayna və Belarusda aktivdir.

azertag.az