Azərbaycanın estrada müğənniləri “Retro Bakı” proqramında konsert veriblər
14.8.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında keçirilən “Retro Bakı” konsertləri davam edir.
İdarədən verilən məlumata görə, konsert proqramında tanınmış estrada müğənniləri Könül Kərimova, Nurlan Əzizbəyli, Əli Əliyev, Çinarə Bəkirova, Zeynəb Həsəni, Şəbnəm Qəhrəmanova, Mir Cabbar Mirbabayev, Aynur Əliyeva, Mir Fərhad Həbibi, Fərhad Xəlif və Səma Heydərova, Rəşad İsmayıl, Könül Məmmədli, Gümüş, Nurlan Təhməsli, Mehman Tağıyev, Kubra Hüseynova, Emin Məmmədov, Nihat və Cahat, rəqqasə Səbinə İsmayılova çıxış ediblər.
Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədi daşıyır.
“Retro Bakı” sentyabrın 15-dək hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında tanınmış müğənnilərin konsert proqramı ilə davam edəcək.


report.az