Bakı İslam Universitetində (BİU) bu il iki ixtisas-“Dinlər tarixi” və “İslamşünaslıq” üzrə magistratura pilləsi yaradılıb.
Bu barədə Bakı İslam Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının müxbir-üzvü Elvin Talışınski məlumat verib.
O bildirib ki, hər ixtisas üzrə 6 nəfər olmaqla 12 nəfər universitetdə magistratura pilləsi üzrə təhsil ala biləcək: "Bu il BİU-nin bakalavr təhsili üzrə plan yeri də artırılaraq 125 nəfərdən 150-yə qaldırılıb".
E.Talışınskinin sözlərinə görə, hazırda BİU bir çox ölkələrdə fəaliyyət göstərən ali dini təhsil müəssisələri və dini tədris mərkəzləri ilə sıx əməkdaşlıq edir: "Son dövrlər isə BİU-nin əməkdaşlıq etdiyi təhsil müəssisələrinin əhatəsi daha da genişlənib və yalnız İslam universitetləri ilə kifayətlənilmir. MDB ölkələrindən olan bir neçə universitet ilə Bakı İslam Universiteti arasında elm və təhsil sahəsində ikitərəfli əməkdaşlıq müqavilələri var".
report.az