Dünya şöhrətli kolumbiyalı ulduz Şakiranın sosial şəbəkələrdəki rəsmi səhifələrində yenidən Azərbaycana səfərlə bağlı videoyazı yerləşdirilib.
Söhbət oktyabrın 12-də BMT-nin Uşaq Fondunun (UNICEF) xoşməramlı səfiri Şakiranın UNICEF tərəfindən dəstəklənən Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol liqasından olan yeniyetmələrdən ibarət qrupla görüşünün videosundan gedir.
Görüş zamanı qızlar üçün təhsil və onların inkişafının mühümlüyü müzakirə olunub. Dünya şöhrətli müğənni və bəstəkar, “Pies Descalzos” və ALAS fondlarının yaradıcısı, həmçinin qlobal təhsilin tərəfdarı gənc futbolçularla idmanın, həyat tərzinin gücünü, həmçinin qızların idman və təhsildə iştirakı və inkişafının ölkə üçün mühümlüyünü müzakirə edib.
Şakira bu görüşündən rəsmi süjeti sosial şəbəkələrdəki öz rəsmi səhifələrində təqdim edib.
Video
http://gun.az