Türkiyəni "Eurovision"da təmsil edəcək şəxs bəllidir
17.10.2011

Gələn il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində qonşu Türkiyəni təmsil edəcək müğənninin adı bəllidir. "CNN Türk"ə istinadla verdiyi məlumata görə, müsabiqədə Türkiyəni Atiye adlı gənc ifaçının təmsil edəcəyi iddia edilib.