Sentyabr ayının 1-dən “Buta Airways” aşağı büdcəli aviaşirkət Bakı-Tbilisi-Bakı istiqaməti üzrə mütəmadi uçuşlar yerinə yetirəcək.
Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadla xəbər verilir ki, uçuşlar həftədə dörd dəfə olmaqla Embraer E190 / E170 təyyarələri ilə həyata keçiriləcək.
Oktyabrın 29-dan etibarən isə “Buta Airways” aviaşirkəti həftədə 14 dəfə olmaqla (gündə iki dəfə) Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşlar yerinə yetirəcək.
Gürcüstanın Mülki Aviasiya Agentliyi avqustun 9-da “Buta Airways” şirkətinə uçuşların yerinə yetirilməsi ilə bağlı müvafiq lisenziya təqdim edib.
apa.az