“Buta Airways” aviaşirkəti həftədə 14 dəfə Bakı-Tbilisi-Bakı reysini yerinə yetirəcək
15.8.2017

Sentyabr ayının 1-dən “Buta Airways” aşağı büdcəli aviaşirkət Bakı-Tbilisi-Bakı istiqaməti üzrə mütəmadi uçuşlar yerinə yetirəcək.

Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadla xəbər verilir ki, uçuşlar həftədə dörd dəfə olmaqla Embraer E190 / E170 təyyarələri ilə həyata keçiriləcək.

Oktyabrın 29-dan etibarən isə “Buta Airways” aviaşirkəti həftədə 14 dəfə olmaqla (gündə iki dəfə) Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşlar yerinə yetirəcək.

Gürcüstanın Mülki Aviasiya Agentliyi avqustun 9-da “Buta Airways” şirkətinə uçuşların yerinə yetirilməsi ilə bağlı müvafiq lisenziya təqdim edib.

apa.az