Almaniyanın aparıcı KİV-lərindən olan “Welt am Sonntag” qəzetində azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov haqqında “Şəhriyar şah deməkdir” adlı məqalə dərc olunub. Məqalədə qeyd edilir ki, şahmat Azərbaycanda ən sevilən idman növlərindən biridir və Azərbaycan dünyanın ən güclü şahmat ölkələri sırasındadır.
Bildirilir ki, Azərbaycanın ən güclü şahmatçılarından biri Şəhriyar Məmmədyarov ötən il reytinqini bir qədər də qaldıraraq dünyanın beş ən yaxşı şahmatçısı sırasına daxil olub. FIDE-nin Moskvada keçirilən Qran-pri turnirində Məmmədyarova İngiltərənin ən güclü şahmatçısı Maykl Adams üzərində möhtəşəm qələbə qazanmaq müyəssər olub. Məqalədə Məmmədyarov-Adams qarşılaşmasının gedişatı da təhlil edilir.
azertag.az