Beynəlxalq Bankdan sərhədçilər üçün endirimli nağd pul krediti
16.8.2017

Sərhəd Qoşunları əməkdaşlarına bank xidmətləri göstərən Azərbaycan Beynəlxalq Bankı 18 Avqust Sərhəd Qoşunları Günü münasibətilə özəl kampaniyaya başlayır.

Bankın maaş kartına sahib Azərbaycan sərhədçiləri kampaniyadan faydalanaraq nağd pul kreditini bankdan 2% endirimlə əldə edə bilərlər.

Kampaniya 16 avqust – 25 avqust müddətində keçərlidir.

Kampaniyanın özəllikləri:

• Kreditin məbləği – 15 000 manatadək
• Kreditin müddəti - 36 ayadək
• İllik faiz dərəcəsi - 2% endirimlə / 25%-dən başlayaraq
• 3 000 manatadək ZAMİNSİZ
• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

trend