Ürəyin ağrayırsa bu şərtlərə əməl et
16.11.2012

İnfarkt zamanı nə etmək olar? Infarktın ən əsas əlaməti ağrı sindromudur. Bu ələ və ya çənəyə təsir edən döş qəfəsindəki ağrıdır. Bəzən isə boğulma hissi yarana bilər.

Bu ələ və ya çənəyə təsir edən döş qəfəsindəki ağrıdır. Bəzən isə boğulma hissi yarana bilər.

Bu zaman insan özü nə edə bilər? Daha yaxşı olar ki, hər evdə dərman qutusu olsun. Ən əsası isə odur ki, bu qutuda nitroqliserin (sprey forması daha yaxşı olar. Bu daha tez təsir edir) və çeynəmək üçün aspirin olsun.

Əgər 5 dəqiqiədən sonra ağrı keçməsə nitroqliserin və bir tabletka aspirin verilməlidir. Ancaq iki halda aspirin əks göstəriş verə bilər. Dərmana qarşı allergiya olanda və kəskin qanaxmalarda. Məsələn, xora zamanı.

Hazırlıqsız ürək masaji etmək məsləhət görülmür. Artemiya və ya tromb yığımı zamanı bu sadəcə olaraq çox təhlükəlidir.

ABŞ-da içərisində aspirin olan breloklar satılır. Əgər hər hansı damar tutulması baş verərsə, xəstə onu özü qəbul edir, çeynəyir.

Nə etmək olmaz?
İstənilən ürək dərmanını (hətta volokardin və ya karvalol) spirtli içki ilə qəbul etmək olmaz. Bu zaman təzyiq düşə və kollaps vəziyyəti yarana bilər.

Təyin edilən qan durulaşdıran dərmanları öz başına qəbulunu saxlamaq olmaz. Bu zaman- qan dövranı pozula və tromb yarana bilər.

ANS PRESS