Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək
17.8.2017

Nazirlər Kabinetinin qərarına əsasən gələn ilin əvvəlində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu veriləcək.
Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Mədəniyyət və Turizm Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qərar 2018-ci ilin 1 yanvarında qüvvəyə minəcək.



report.az