Hava meteohəssas insanlar üçün əlverişli olacaq
16.11.2012

Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 9-11, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 13-17, dağlarda gecə 1-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

APA