“AtaBank” ASC ilə “MasterCard” beynəlxalq ödəniş sisteminin yeni birgə reklam aksiyasına start verilib.
AtaBank Mastercard və ya Maestro debit və kredit kart sahibləri “MyDutyFree” saytı (www.mydutyfree.net) və ya “App Store”/”Play Store”dan yüklənən tətbiq vasitəsilə əvvəlcədən sifariş etməklə Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən “Duty Free” mağazalarında mallara 15% endirim əldə edə bilərlər.
Endirimdən faydalanmaq üçün aşağıdakı qaydalara əməl edilməlidir:
“MyDutyFree” saytı və ya tətbiq üzərindən seçdiyiniz məhsulu əvvəlcədən sifariş edirsiniz
Sifarişi edərkən müvafiq xanaya “MastercardBaku” promokodunu daxil edirsiniz
Uçuş tarixinizdə Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1-ci Terminalda yerləşən xüsusi “MyDutyFree” kassalarında istənilən növ “AtaBank”-ın “Mastercard”/”Maestro” plastik kartları ilə ödənişi həyata keçirisiniz.
Məhsulun tam dəyəri “AtaBank”-ın “Mastercard”/”Maestro” plastik kartları ilə ödənilməlidir.
Kampaniya 7 avqust 2017-ci il tarixindən 31 dekabr 2017-ci il tarixinədək etibarlıdır.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 % yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
trend