"Azercell Telekom" MMC 4,5 milyonluq abunəçi ailəsi üçün sərfəli smartfon kampaniyalarını davam etdirir.
Şirkətdən verilən məlumata görə, indi "Azercell" ailəsinin üzvləri 17.08.2017-ci il tarixindən etibarən 4G dəstəkli LG FLEX 2 smartfonunu inanılmaz sərfəli qiymətlərlə əldə edə bilərlər. Belə ki, yeni smartfon kampaniyası çərçivəsində abunəçilər LG FLEX 2 telefonuna 50% ENDİRİMLƏ aylıq cəmi 45AZN-dən başlayan ödənişlə sahib olmaq imkanı qazanırlar. Yeni telefonla yanaşı abunəçi LG W100 qol saatı HƏDİYYƏ, 12 aylıq 5GB, 10GB və ya Limitsiz (50GB) Mobil İnternet paketlərindən faydalanmaq şansı əldə edir.
Kampaniyaya qoşulmaq üçün abunəçilər "Azercell" Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.
Azercell-in bu yay abunəçilərinə təqdim etdiyi kampaniyalara qoşulun, yeni smartfon, mobil internet və sərfəli danışıq imkanı qazanın.
Daha ətraflı məlumat üçün: news@mcs.az
trend