Türkiyənin Enerji bazarının tənzimlənməsi qurumu - EPDK Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkəti “SOCAR Turkey Energy”yə daha dörd lisenziya verib.
EPDK “SOCAR Turkey Energy”yə maye qazın 15 il müddətinə saxlanılması üçün lisenziya, neft məhsullarının 15 il müddətinə saxlanması üçün iki lisenziya və neft məhsullarının saxlanması üçün daha bir lisenziya verib.
Ümumilikdə EPDK elektrik enerjisi, neft və təbii qaz sahələrində fəaliyyət göstərən 21 şirkətə lisenziya verib, 24 şirkətin lisenziyası geri çağırılıb.
trend