Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvarından AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçu, məşqçi və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılmışdır.
AFFA-dan bildirmişlər ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 30 min nəfərə çatmışdır. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 30 mininci üzvü “Coca-Cola Məktəbli kuboku”nda çıxış edən Saatlıdakı orta məktəbin 5-ci sinif şagirdi Adil Həsənovdur.
AzərTAc