Brityaniyalı idmançılar adlarını "Ginnesin Rekordlar Kitabı"na yazdırıblar. İngiltərənin Şərqi Sasseks qraflığında 28 nəfərdən ibarət britaniyalı gimnastlar qrupu adlarını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Xanımlar müasir "Mini Kuper" avtomobilinin salonuna yerləşə biliblər. Gimnastlardan 4-ü avtomobilin yük yerinə sığışıb. Bu nəticə ilə rekordçular ötən ilki nailiyyətlərini bir nəfərlə yüksəldiblər.
Bundan əlavə, gimnastlar klassik "Mini Kuper"ə 23 nəfər daxil olmaqla daha bir rekord qırıblar. Qeyd edək ki, klassik "Mini" müasir versiyadan 1,5 dəfə kiçikdir.
Milli.Az