Emi Uaynhausun evi satılır
16.11.2012

Mərhum müğənni, dünyaca məşhur Emi Uaynhausun Londonda 2011-ci ilin iyulunda vəfat etdiyi malikanəsi hərracda satılacaq.

Eminin ailə üzvləri və qohumları evə alıcı tapmaq üçün malikanəni hərraca çıxarıblar.

Londonun şimal-qərbindəki Camden Square ünvanda yerləşən üçmərtəbəli malikanə bu ilin mayında 2,7 milyon funt-sterlinqə satışa çıxarılsa da, binanı istəyən olmamışdı.

McHugh&Co daşınmaz əmlak agentliyinin saytında yazılıb: "Bu malikanə otaqların əla planlaşdırıldığı, ən yüksək standartlara uyğun modernləşdirildiyi geniş dupleksdir".

Malikanənin ərazisində trenajor zalı və səsyazma studiyası var.
Dekabrın 3-də keçiriləcək hərracda malikanənin ilkin qiyməti 1,8 milyon funt-sterlinqdir.

27 yaşlı Emi Uaynhausun ölümündən sonra onun ailə üzvləri evdə hansısa qohumun yaşamasını doğru hesab etmirlər.

Milli.Az