Azərbaycan komandası beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək
18.8.2017

Rusiyanın Omsk vilayətində sentyabrın 1-də "Ulduzları yandırırıq" adlı ikinci beynəlxalq atəşfəşanlıq festivalı keçiriləcək.
Festivalda Azərbaycan, Qazaxıstan və Çindən 1, Rusiyadan isə 2 peşəkar pirotexnika komandası olmaqla 5 komanda mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan komandaları keçən il Rusiyanın atəşfəşanlıq festivalında (Rostex) mükafatçılar sırasında yer alıb. Azərbaycanı festivalda "Böyük bayram" komandası təmsil edəcək.
Komandaların çıxışları musiqi ilə müşayiət olunacaq. Tədbirin şərtlərinə əsasən, pirotexniklər Ştraussun musiqisi və "Gözəl məktəb illəri" mövzusunda musiqi altında iki məcburi proqram təqdim etməlidirlər.
Atəşfəşanlığa qədər tamaşaçılar həmçinin idman yarışlarında iştirak edə, uşaqlarla attraksyonlara minə, batutlarda hoppana, rəsm çəkmək üzrə ustad dərslərində iştirak edə, müxtəlif ölkələrin təamlarının dadına baxa biləcəklər.


report.az