Kimyaçılar yeni odadavamlı material hazırlayıblar
18.8.2017

Çin və Koreyadan olan kimyaçılar qrupu tərəfindən hazırlanan yeni odadavamlı material sıxlığının son dərəcə kiçik olmasına baxmayaraq yüklənməyə və yanğını effektiv dayandırmaq qabiliyyətinə malikdir.

AMEA-nın saytına istinadla xəbər verilir ki, materialın əsasını köpüklənmiş polimid polimer, həmçinin qrafen və qırmızı fosfor kompoziti təşkil edir. Polimid və fosfor yanar materiallar olsa da, qrafenlə qatışdırıldıqda onların xüsusiyyəti dəyişir.

Yeni materialın sıxlığı təxminən bir kubsantimetrdə 16 milliqram təşkil edir ki, bu da havadan 16 dəfə daha ağırdır. Onun mexaniki xüsusiyyətləri kiçik polimer blokuna içərisi su ilə dolu 6 kiloqramlıq stəkanın təzyiqinə tab gətirməyə imkan verir. Bu xüsusiyyət materialı oksid silisium və ya qrafen əsaslı aerogellərlə eyniləşdirir.

azertag.az