Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibəyə sənəd qəbulu başa çatıb.
DİM-dən bildiriblər ki, ümumi müsahibəyə sənəd qəbulu zamanı 55 namizəd qeydə alınıb.
Qeyd edək ki, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri Mədəniyyət və Turizm Nazirliyi (1 vəzifə üzrə 1 yer), Kənd Təsərrüfatı Nazirliyi (1 vəzifə üzrə 1 yer), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (12 vəzifə üzrə 15 yer), Dövlət Statistika Komitəsi (12 vəzifə üzrə 12 yer), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (8 vəzifə üzrə 9 yer), Gəncə Apellyasiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer), Sumqayıt Apellyasiya Məhkəməsi (1 vəzifə üzrə 1 yer), Cəbrayıl Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer) və Gəncə Şəhər Nizami Rayon Məhkəməsindədir (1 vəzifə üzrə 1 yer). Belə ki, ümumi müsahibəyə 9 dövlət orqanından 42 vakansiya çıxarılıb.
azertag.az