“Şur” nəşriyyatında həmyerlimiz, Türkiyənin Qaziantep Universitetinin professoru Babək Qurbanovun türk dilində “Estetik terminlər sözlüyü” kitabı çapdan çıxıb.
Kitabda müəllifin uzun illərdən bəri apardığı araşdırmaların, elmi tədqiqatların nəticəsi olan sözlərin izahlı lüğəti verilib. Kitabda mədəniyyətdə, elmi mühitdə istifadə olunan terminlərin qədim yunan, fransız, ingilis, italyan, latın, rus və türk dillərində qarışıqlı mənaları açıqlanıb.
Kitab ali və orta ixtisas məktəbləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabda Azərbaycan, rus, türk, ingilis müəlliflərinin, elm və incəsənət adamlarının əsərlərinin adlarına da izahlı şərhlər yazılıb.
Müəllifin sayca 42-ci kitabı olan topluya “Ön söz”ü Qaziantep Universitetinin professoru Bekir Yolaçan yazıb.
azertag.az