Fransanın Normandiya regionunda keçirilən Jiverni kamera musiqisi festivalında Azərbaycanın dünya musiqisində özünəməxsus yeri və şöhrəti olan klassik musiqiləri səsləndirilib.
Festivalda, bu il 70 illik yubileyini qeyd edən Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin əsərləri musiqisevərlərə təqdim edilib.
Jiverninin Empresyonistlər Muzeyi və Vernon meriyasında baş tutan konsertlərdə Azərbaycanın klassik musiqi əsərləri ilə yanaşı, şərq bəstəkarlı və şərqdən ilham almış qərbli həmkarlarının əsərləri də səsləndirilib.
Avqustun 25-ə qədər davam edəcək festival Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.
Festivalın direktoru Michel Stross açılış mərasimində Firəngiz Əlizadənin ritmlərinin dünya klassik və avanqard əsərlərinin təması əsasında yaratdığıni vurğulayaraq, onun və digər dahi musiqiçilərimizin simasında Azərbaycan musiqisinin dünyanın musiqi sənətinə və elminə böyük töhfələr verdiyini bildirib.
1998-ci ildən etibarən ildə bir dəfə baş tutal festival bu il Firəngiz Əlizadənin muğam sayagı əsəri ilə açılıb. Bu il İpək yolu mövzusuna həsr edilmiş festivalda tarixi yolun üzərində yerləşən ölkələrdə təkamülə töhfə vermiş elm və biliyin əsrlər boyu necə cərəyan etdiyini Azərbaycanlı musiqiçinin həzin notlarının güçü ilə canlandırıb.
Azərbaycanlı bəstəkarın əsərlərini və digər dünya şöhrətli musiqiləri görkəmli pianoçu Jan-Klod Vanden (Belçika), məşhur sripkaçılar Mişel Stross (Fransa), Nikita Boriso-Glebski (Rusiya), əfsanəvi səsə malik Şaron Coste (Fransa - Kanada mənşəli) ifa ediblər.
report.az