Torpaqdan 600 illik Quran çıxdı
19.11.2012

Türkiyədəki Atatürk Universitetinin ədəbiyyat fakültəsinin sənət tarixi bölməsinin rəhbəri, professor Hüseyn Yurttaşın başçılıq etdiyi qrupun Erzincandakı Kemah rayonunda apardığı arxeoloji-qazıntı işləri uğurla başa çatıb.

Kemah qalasındakı Saraylı Hamamda aparılan qazıntıda qapaqları olmayan səhifələr toplusu halında 600 Quran tapılıb.

Haldun Özkanın dediyinə görə, Quranlar bir boxçanın içində, 2 metr dərinlikdə idilər.
"Çox önəmli tapıntıdır. Məncə, 20-ci əsrdə torpağa gömülüb", - Özkan deyib.

Milli.Az