"Eurovision" qalibi Ruslana: "Muğamı öyrənirəm"
22.8.2017

"Bakıda keçirilən hər bir tədbir mənim üçün vacib və maraqlıdır. Burada daim mədəni layihələr üzərində işləyirik, Azərbaycanın ekzotikasını öyrənirik və mən şəxsən muğamı öyrənirəm".
Bunu ukraynalı müğənni, "Eurovision-2004" mahnı müsabiqəsinin qalibi Ruslana jurnalistlərə açıqlamasında deyib.
O, bu gün Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda Uktaynanın səsi, Maydanın səsi kimi iştirak etdiyini bildirib və məqsədinin müxtəlif sahələrdə proseslərin aparılmasını üzərinə götürmüş şəxslərin həqiqətən dünyanı necə dəyişə biləcəyi təcrübəsini bölüşmək olduğunu vurğulayıb: "Mənə elə gəlir ki, Azərbaycan tamamilə fərqli insanları bir araya gətirən unikal demokratik platformadır. Bu forum yeni liderlərin yeni dünya yaratmaq iqtidarında olduğunu göstərir".


report.az